"Mən onun arabasını daşıyıram, o da mənim çantamı..."

  • 14.02.2018
  • 0

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar Sevgi deyəndə ağıla ideal insanların yaşadığı sevgi gəlir, əslində isə əsl sevgi sevgini ideal yaşayanlardır. Elə Könül və Seymur cütlüyü kimi… Xeyr, onlar ilk baxışdan aşiq olmayıblar. Elə bildiyimiz görücü üsulu ilə tanış olublar. İlk görüşə də ənənəni pozaraq qız dəvət edib. Onlar “Leyli və Məcnun” , “Xosrov və Şirin”, nə də şirin sözlərlə ifadə edilib ideallaşdırılan sevgilərə inanmırlar. Onların diliylə sevgi küçədə gedərkən pandusu aşmaq, birlikdə yaşlanmaqdır. “Bir-birmizin məhdudiyyətilərini bilərək sevdik” deyən cütlük “Ən böyük sevgi nədir?” sualına “Övlad sevgisidir” cavabını verdi. İki ildir ailə quran gənclərin bir qızı var. Fiziki məhdudiyyəti olmasına baxmayaraq, hər ikisi özəl şirkətdə operator işləyir, hər gün işə bir gedir, bir gəlirlər. “Mən Samirin arabasını daşıyıram, o da mənim çantamı”, – deyir Könül. Sağlam olaraq hər gün şikayətlənən insanlar olaraq bir də fiziki məhdudiyyəti olan bu cütlüyün yaşama sevgisinə, gələcək arzularına baxaq: “Hər şeyə sevgim naminə nail olmuşam” deyən Samirin həyatda qazandıqlarına, məqsədlərinə nəzər salaq. O zaman əsl məhdudiyyətin “bədən”də deyil, “beyin”də olduğunu görərik. Bəlkə, əlimizdə “mişka”larla, güllərlə, göstərişlərə boğduğumuz “sevgi”mizə bir örnək olar, sevgini bu qədər məhdudlaşdırıb, çərçivələrə salmarıq…

Nə düşünürsən?