Pentaqon Suriya ordusuna aviazərbənin videosunu dərc edib

  • 14.02.2018
  • 0

Pentaqon ABŞ-ın rəhbərlik endiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-üz-Zor əyalətində hökumət qüvvələrinə məxsus "T-72” tipli tanka aviazərbə endirməsinin əks olunduğu videonu dəc edib. Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurumun məlumatına əsasən, koalisiya fevralın 8-nə keçən gecə ona qarşı həyata keçirilən əsassız hücumu dəf etmək məqsədi ilə zərbə endirib. Zərbə nəticəsində 25 hərbçi yaralanıb. Bəzi mənbələr aviazərbə nəticəsində Suriyada könüllü qismində vuruşan rusiyalının öldüyünü bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, insidentin səbəblərindən biri də hərbçilərin öz planını Moskva ilə razılaşdırmaması olub. Nazirliyin məlumatına əsasən, baş verənlər bir daha sübuta yetirib ki, Pentaqonun əsl məqsədi İŞİD-lə mübarizə aparmaq deyil, Suriyanın iqtisadi aktivlərini ələ keçirməkdir.

Nə düşünürsən?