17 yaşlı məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü - GƏNCƏDƏ DƏHŞƏT

  • 13.02.2018
  • 0

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb. E.Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?