ARB TV-nin “Sayqa ilə bu axşam” verilişinə qonaq olan müğənni Kəmalə Qaramollayeva maraqlı açıqlamalar verib. O, övladı haqda söz açıb: “5 ilə yaxındır ki, ailə qurmuşam. Allah arzusunda olanlara qismət eləsin. Evləndikdən sonra oturmaq fikrim yox idi. Böyük layihələrim var idi. Sadəcə hər şey tərsinə oldu. 4 il övladım olmadı. Amma yenə də oturmamışam, işləmişəm. Bu yaxınlarda gözəl layihəmiz olacaq. Allahdan arzu edirdim ki, mənə övlad qismət etsin və mən bütün balacaları sevindirəcəm. Uşaq jurnalımız işıq üzü görəcək”.