Rusiyada azərbaycanlı ailəsində faciə-4 nəfər yanaraq ölüb, 5 nəfərin vəziyyəti ağırdır

  • 13.02.2018
  • 0

Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır. Hadisə fevralın 12-də günorta saatlarında baş verib. Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. "Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də istintaqla cinayətə yardımçı olan şərait və səbəblər aydınlaşacaq. Hal-hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır ". İstintaq Komitəsinin məlumatında belə deyilir. "RİA56" portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb.

Nə düşünürsən?