Sosial şəbəkələr uşaqların psixologiyasına mənfi təsir edir

  • 12.02.2018
  • 0

Real həyatda valideynlər övladlarının kiminlə dostluq etdiyinə nəzarət edə bilir. Lakin virtual dostluqlarda bunu etmək çətin məsələdir. Belə olan halda isə uşaqların arzuolunmaz vərdişlərə aludə olması, tanımadığı insanlarla ünsiyyəti müsbət nəticələnməyə bilər. Çünki sosial şəbəkələrdəki dostluqlar hər zaman xoş məqsədlə istifadə olunmur. Belə ünsiyyət eyni zamanda real ünsiyyətdə də problemlərin yaranmasına gətirib çıxarır. Eyni zamanda sosial şəbəkədən çox istifadə etmək sosial-emosional sferalarda ciddi problemlərə yol açır. Nəzərə alsaq ki, uşaqlar sosial-emosianal baxımdan hələ tam formalaşmayıblar, bu səbəbdən də sosial şəbəkələr onların bu sferasına ciddi zədələnmələr verə bilər. Sosioloq Rəşəd Əsgərov deyir ki, sosial şəbəkdən asılı olan uşaqlar sosiallaşma meyllərindən uzaqlaşırlar, daha dəqiq, fərdi şüur daha çox inkişaf edir. Bundan başqa isə təhsildən yayınma hallarına da gətirib çıxara bilər. Ekspertlərin sözlərinə görə, elə uşaqlar var ki, ümumiyyətlə sosial şəbəkədən uzaq tutulmalıdır. Bunun məsuliyyət isə evdə valideynlərin, məktəbdə isə müəllimlərin üzərinə düşür.

Nə düşünürsən?