Bakıda 500 manata tapança satan şəxs tutuldu

  • 12.02.2018
  • 0

Bakıda silahlı şəxs saxlanılıb. Oğuz rayonundan gələn həmin şəxs silahı satmaq niyyəti ilə Bakıya gətirdiyini deyib. Silah satmaq istəyən şəxs tutulub. Nərimanov rayon 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhini saxlayıb. Bölmədə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan "Naqan" markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı yaşadığı Oğuz rayonunda tapdığını və 500 manata satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Bölmədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Nə düşünürsən?