Adnan Oktar: Kanal bağlanmayıb, ancaq xanımlar... Eksklyuziv VİDEO

  • 12.02.2018
  • 1

Adnan Oktar A9 kanalının bağlanması ilə bağlı iddialara cavab verib. O, kanalın bağlanmadığını, kanala qarşı cəza tətbiq edildiyini deyib. Cəza tətbiq edilib, cəzanı ödəyəcəyik. Adnan Oktar efirdə qadınların olmayacağını da söyləyib. A9 kanalında tez-tez görünən və “kediciklər” deyə tanınan xanımların efirdə olmayacağını söyləyib. Adnan Oktar Azərbaycana da salamlar göndərib. O, Azərbaycan və Türkiyənin inkişafının bir-birindən ayrı mümkün olmadığını qeyd edib. Azərbaycan və Türkiyənin bir-birinin canı-qanı olduğunu söyləyib və Azərbaycandan olan izləyicilərinə salam göndərib.

Nə düşünürsən?