Namiqlə Aygün arasında söz savaşı

  • 12.02.2018
  • 0

Meyxanaçı Namiq Qaraçuxurlu eks sevgilisi xalq artisti pop diva Aygün Kazımovanın onu “ATV maqazin onlarla” verilişində “Hit-parad” rubrikasından uzaqlaşdırması bir yana onu müğənni Miri Yusifdən üstün tutması, tərəfləri biri-birinə vurub. BAKU.WS məlumatına görə, ATV maqazin onlarla verlişində Namiq Aygünə sətr altı ismarıclar yollayıb. “Mənim haqqımda atdığı addımlara bacardığım qədər fikir vermirəm. Ona şərh vermək istəmirəm. Düzünü, yalanını özü bilər. Mənə şəfa diləməyi ilə onluqdan çıxarması üst-üstə düşmədi. Kim nə edirsə özü və Allahı bilsin”. Qaraçuxurlu Kazımovanın “Namiq Miri Yusifin mahnısında sözləri başa düşmədiyini deyir. Nə danışırsan? Gedib ən uğurlusuna sataşır” sözlərinə də biganə qalmayıb : “Şadam ki, Aygün artıq sözlərə də dəyər verməyə başlayıb. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. O da Aygünün fikridir... Elə cümlələr var ki, Azərbaycan dilindən xəbəri olmayana, qramatika bilməyənə yaxın gəlir”. Beləcə Namiq eks sevgilisi Aygün Kazımovanın efir vasitəsi ilə cavabını verib. Verlişdən həmin süjeti sizə təqdim edirik :

Nə düşünürsən?