204 saylı avtobusda sərnişinlərin həyatı təhlükədə

  • 12.02.2018
  • 0

Avtobus sürücülərinin qayda pozmaları ilə bağlı dəfələrlə xəbər vermişik. Hətta buna görə bir neçə marşrut xəttinin sahibkarı cəzalanıb, sürücü işdən azad olunub. Ancaq hələ də qayda pozan, insanların həyatını təhlükəyə atan sürücülərə rast gəlinir. Xezerxeber.az məlumat verir ki, məsələn, 204 saylı avtobusun sürücüsü maşının qapısı açıq şəkildə hərəkət edir, içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir. Beləliklə, sərnişinlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, arxadan gələn avtomobili üçündə qəza şəraiti yaradır. "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən kadrlar avtobus sürücüsünün məsuliyyətsizliyini bir daha göstərir.

Nə düşünürsən?