Azərbaycan Kriptovalyutaları Qəbul Etdi

  • 06.02.2018
  • 1

Azərbaycanda ilk dəfə olaraq kriptovalyuta ticarətinin tənzimlənməsi haqqında qanun layihəsi hazırlanıb. Bu ölkəmizdə kriptovalyutalarla bağlı ilk qanun olacaq. Artıq kriptovalyuta ticarətinin tənzimlənməsi üçün qrup yaradılıb. Bu qrupa Azərbaycan prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək. Qrupun tərkibinə həmçinin maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də dəvət ediləcək. Daha öncə Fərəh Məmmədov Azərbaycanın Caspian Development Bank-ın müşahidə şurasının rəhbəri olub. Yaradılmış qrup kriptovalyutanın istifadəsi baxımından dünyada bir sıra ölkələrin təcrübəsini öyrənərək onları Azərbaycanda tətbiq edəcək. Beləki, bu ilin yanvar ayında Bakıda “Buroka Technologies” şirkətinin nümayəndiliyi işə başlayacaq. Şirkət Azərbaycanda 5 vacib kriptovalyutanın Bitcoin, Ethereum, Ripple, Dash və Litecoin ticarətini aparacağını bildirib. Bu şirkətin Buroka Texnologiyaları Kraken və Bitstamp kimi gizli London fond birjaları ilə əlaqələri var. Buroka Technologies şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Səbinə Məmmədli bildirib ki, bu ilin mart ayında Bakıda Blockchain və kriptovalyuta inkişafı üzrə konfrans keçirilməsi planlaşdırılır. Bu barədə qanunvericiliyin yaradılması Azərbaycanda kriptovalyuta bazarının boyüməsinə gətirib çıxara bilər. Həmin konfransa Ethereum kriptovalyutasının yaradıcısı Vitalik Buterin də dəvət olunacaq.