Türkiyə yeni raketini sınaqdan keçirdi

  • 19.06.2021
  • 0

Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi silahlanmaya verilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

APA TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

“Mavi Vətənimizin polad qılıncı olan “Atmaca” gəmi əleyhinə raket silahlanmaya verilməzdən əvvəl bugünkü son sınaq zamanı ilk dəfə olaraq gəmi hədəfi tam dəqiqliklə vurdu”, - deyə Ərdoğan “Twitter” hesabında yazıb.

O, raket sınağı ilə bağlı video da paylaşıb.

Nə düşünürsən?