Bakıda şəhid jurnalistlər parkı yaradılır

  • 19.06.2021
  • 0

Parkın 22 İyul-Milli Mətbuat Günündə istifadəyə verilməsi nəzərdə tutulub

Qubada Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilir. Bu məqsədlə ölkəmizdə ilk dəfə olaraq məhz Qubada Şəhid Jurnalistlər Parkının inşasına başlanılıb. Artıq bir neçə gün öncə parkın tikintisə start verilib.

Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan park şəhərin Yusif Qasımov küçəsində inşa olunur. Yeni park 2000 kvadratmetrə yaxın ərazini əhatə edəcək. Parkda abidə kompleksi və erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirə lövhələri yaradılacaq. Həçminin yaşıllıq zolaqları salınacaq, söhbətgahlar tikiləcək və müasir işıqlandırma sistemi qurulacaq. Parkın layihələndirmə işlərinə peşəkar memar və dizaynerlər cəlb olunub.

Şəhid Jurnalistlər Parkının inşasını yerli media nümayəndələri də yüksək qiymətləndirir. Onlar hesab edir ki, bu təşəbbüs dövlətin jurnalistlərə verdiyi dəyərin bir nümunəsidir.

Parkın istifadəyə verilməsini yerli sakinlər də səbirsizliklə gözləyir. Onlar bildirir ki, vaxtilə bu ərazidə mövcud olan parkın əsaslı təmirə ehtiyacı vardı. Həm istirahət məkanının yenidən qurulacağı xəbəri, həm də parkın şəhid jurnalistlərin adını daşıyacağı onlar üçün də sevindirici hadisədir:

Şəhid jurnalistlər parkının 22 iyul Milli Mətbuat Günü ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, son 4 ildə bu, Qubada inşa olunan sayca 5-ci parkdır. Bundan öncə rayonda Gənclər, 28 may, Zərdabi və Türkiyə-Azərbaycan qardaşlıq parkı istifadəyə verilib.

Nə düşünürsən?