Yayım vaxtının dəyişdirilməsi də serialı xilas etmədi

  • 21.05.2021
  • 0

Türkiyənin məşhur “Masumiyet” serialının yayım günü dəyişdirilsə də, reytinq nəticələrində irəliləyiş olmayıb.

“Qafqazinfo” xəbər verir ki, ekran işini yayımlayan FOX TV və layihəni ərsəyə gətirən şirkət ortaq qərara gələrək final qərarı verib.

Mehmet Aslantuğ, Hülya Avşar, Deniz Çakır, İlayda Alişan, Serkay Tütüncü kimi ulduzların yer aldığı serial gələn həftə tamaşaçılarla vidalaşacaq. Belə ki, “Masumiyet” 13-cü bölümdə final edəcək.

Qeyd edək ki, ekran işinin reytinq nəticələri zəif olduğu üçün çərşənbə günü yayımdan qaldırılaraq bazar ertəsinə salınmışdı.

Nə düşünürsən?