Eldar Mansurov: ““Qarabağ”ı komanda saymıram”

  • 07.05.2021
  • 0

Məşhur bəstəkar Eldar Mansurovun “Futbol+” qəzetinə verdiyi açıqlama qalmaqala səbəb olub. “Qafqazinfo” xəbər verir ki, o, açıqlamasında “Qarabağ”ı komanda hesab etmədiyini bildirib:

“Açığı, mən "Qarabağ"ı komanda saymıram. “Neftçi”ni “sındırdılar” və Ağdam klubu bu fürsətdən istifadə etdi. “Qarabağ”ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük camiə olub? “Neftçi” başqa aləmdi”.

Daha sonra “Qarabağ” klubunun tərcüməçisi Elvar Quliyev Eldar Mansurovdan belə bir açıqlama verib-vermədiyini soruşub. Mansurov cavabında isə açıqlamasının təhrif olunduğunu bildirib: “Belə jurnalistlərə nə deyim? Öz reytinqlərinə görə aləmi bir-birinə qatırlar. Mən həmişə demişəm ki, “Neftçi” azarkeşiyəm, amma “Qarabağ”a münasibətim yaxşı olub. Mübahisələr olub, demişəm ki, “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. “Qarabağ” azarkeşləri isə bunun əksini düşünürlər. Uzun-uzadı danışmaq istəmirəm. Mən heç “camiə” sözünün nə olduğunu bilmirəm, qalmışdı ki, onu deyim. Bu jurnalist adi futbol azarkeşinin sözünü siyasiləşdirir. Heç olmasa baxın ki, mən 1990-cı ildən bu tərəfə Qarabağ haqqında nə qədər mahnılar yazmışam. Düşməni kənarda axtarmaq lazım deyil”.

Nə düşünürsən?