Atəşkəs əldə edildi

  • 29.04.2021
  • 0

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

APA TV xəbər verir ki, razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.

Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.

Tərəflər ərazidə monitorinq aparılması barədə də razılığa gəlib.

Məlumatda bildirilib ki, şəhərin meri Tacikistan-Qırğızıstan sərhədində baş verən atışmada çiyin nahiyəsindən yaralanıb.

Qeyd edək ki, bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Nə düşünürsən?