Yol polisi Qubada reyd keçirib

  • 27.04.2021
  • 0

Quba rayon Polis Şöbəsinin DYP bölməsi və Post Patrul xidmətinin əməkdaşları COVID-19-la mübarizə tədbirlərini davam etdirir. Polis əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən növbəti reyd zamanı həm sürücülər həm də piyadaların pandemiya qaydalarına əməl etməməsi halları aşkar edildi.

Qayda pozan şəxslərlə maarifləndirici söhbət aparıldı və pandemiya qaydalarına əməl etməyin vacib olduğu onlara izah edildi. Həmçinin həm sürücülərə həm də piyadalar tibbi maskalar paylanıldı.

Quba rayon DYP bölməsinin əməkdaşı Nail Əliyevin sözlərinə görə, reydlərin keçirilməsində əsas məqsəd virusa yoluxmanı minimuma endirmək və sakinlərin sağlamlığını qorumaqdır.

Reyd zamanı daha çox vətəndaşlarla maarifləndirici söhbətə üstünlük verilsə də qayda pozan 40 nəfərə yaxın şəxs barəsində protokol tərtib olundu.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, pandemiya dövrü ərzində reydlər davam etdiriləcək.