NASA-nın helikopteri Marsda rekord sürət yığdı

  • 26.04.2021
  • 0

"Ingenuity" helikopteri Marsda üçüncü sınaq uçuşunu gerçəkləşdirərkən rekord sürət yığıb - saatda 7 km.

Publika.az xəbər verir ki, bu barədə NASA məlumat paylaşıb. Bildirilib ki, helikopter həmçinin rekord məsafə qət edib.

Bazar günü Ingenuity ikinci sınaqda olduğu kimi 5 m yüksəkliyə qalxıb, o, 50 m məsafəyə (təxminən bir futbol meydançasının yarısı) uçub və maksimal sürət - saniyədə 2 metr (7 km/saat) sürət yığa bilib.

NASA-nın məlumatına görə, Marsdakı üçüncü sınağında göstərdiyi nəticə Ingenuity-nin Yerdə çıxdığı bütün sınaqlardan daha yüksəkdir.

Qurumun saytında helikopterin uçuşu ilə bağlı şəkillər yerləşdirilib. Birində onun uçuşu, digərində isə uçuş zamanı çəkdiyi şəkil təsvir olunub.

Ingenuity aprelin 19-da Mars səthində ilk sınağını bitirib. Həmin gün o, planetin səthindən 30 saniyə ərzində 3 m yüksəyə qalxmışdı.