Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub

  • 02.02.2018
  • 0

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli "CBC Sport”da yayımlanan "İmza” verilişində şok açıqlama verib. BAKU.WS-in məlumatına görə, Elnur Məmmədli müsahibəsində deyib ki, 2007-ci il dünya çempionatı zamanı türkiyəli idmançıya uduzması üçün külli miqdarda pul təklif olunub. "Yarımfinalda Türk idmançı ilə görüşürdüm. Uduzmağım üçün mənə pul təklif olundu. Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min. Həmin vaxt mən adi Elnur Məmmədli üçün 200 min az pul deyildi. Ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi”, - deyə Elnur Məmmədli bildirib. Çempion onu da bildirib ki, indi həmin türk idmançı dostudur və tez-tez görüşürlər.

Nə düşünürsən?