Ölkəmizin enerji təhlükəsizliyi

  • 21.04.2021
  • 0

Hacıqabulda istismara verilən 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası ümumilikdə 10 mindən çox insanın elektrik enerjisi təchizatını yaxşılaşdıracaq.

Yarımstansiyada quraşdırılan müasir tipli qurğular, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub. İdarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, "Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.

Son 10-15 ildə ölkədə 150-dən artıq təyinatı üzrə yarımstansiyalar tikilib və yenidən qurulub.

O ki qaldı işğaldan azad olunan ərazilərin enerji təminatına, Teymur Abdullayev 2021-ci ilin sonuna qədər Qarabağdakı yarımstansiyaların böyük əksəriyyətinə xəttlərin çəkilərək qoşulması işlərinin başa çatacağını deyir:

"Azərenerji"nin rəsmisi hazırda Qarabağda 9 yarımstansiyanın tikildiyini, onlardan 3-ündə işlərin artıq tamamlandığını deyir.

Nə düşünürsən?