Brayza: Hərbi əsrlər? Onlar terrorçudur

  • 20.04.2021
  • 0

Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə borcludur. İrəvan isə bunu Bakıya guya “hərbi əsirlərlə” bağlı müzakirələrdə “kozur” kimi istifadə etməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza video-sorğu zamanı qeyd edib.

Onun sözlərinə görə, minalanmış ərazilərin xəritələrini Azərbaycana verilməsi insan haqlarına və beynəlxalq prinsiplərə uyğun olardı:

“Amma İrəvanda oturanlar bu xəritələrin Azərbaycana qarşı guya siyasi təzyiq vasitəsi olduğunu güman edir. Hamı anlamalıdır ki, Ermənistanın “hərbi əsrlər” kimi göstərmək istədiyi şəxslər, əslində, 10 noyabr Bakı, İrəvan və Moskva arasında üçtərəfli saziş imzalandıqdan sonra Azərbaycan ərazisinə qanunsuz olaraq daxil olmuş terrorçulardır. Burda hərbi əsrlikdən söz gedə bilməz”.

Nə düşünürsən?