Maradonanın qadın paltarında görüntüləri yayıldı

  • 16.04.2021
  • 0

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın qalmaqallı görüntüləri yayılıb.
 
Sfera.az xəbər verir ki, video 1990-cı illərin əvvəlində - mərhum hücumçu İspaniya "Sevilya"sında çıxış edərkən geyim festivalı zamanı çəkilib.
 
Həmin görüntülərdə əfsanəvi forvard əyləncə məclisində qadın paltarında rəqs edir.
 
Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1992/1993 mövsümündə "Sevilya"da çıxış edib.

Nə düşünürsən?