Tikintidə rəqəmsallaşma prosesi

  • 09.04.2021
  • 0

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi və “AZEL Systems” şirkətinin təşkilatçılığı ilə onlayn formatda “BİM texnologioyaları – Layihələndirmə və Tikintidə Rəqəmsallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin əsas məqsədi mülki və sənaye obyektlərin layihələndirilməsi və tikintisinin keyfiyyət və səmərəliliyini artıran yeni BİM texnologiyalarının xüsusiyyətləri və tətbiqi ilə bağlı təcrübə mübadiləsidir.

Dövlət Komitəsinin sədri Anar Quliyev Şəhərsalmada müasir texnologiyaların tətbiqi istiqamətində son illər əhəmiyyətli irəliləyiş olub. tikintidə layihələndirmə və icazə prosedurlarının rəqamsallaşdırılması aparılıb, bütün ölkə ərazisini əhatə edən “Bir pəncərə” elektron sistemi istifadəyə verilib. Şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində aparıcı dünya təcrübəsinin öyrənilməsi və ölkədə tətbiqi Komitənin müəyyən etdiyi prioritet vəzifələrdəndir. Şəhər mühitinin yaradılmasında müasir yüksək texnologiyalara əsaslanan yeni yanaşmalar dövlət şəhərsalma siyasətinin ayrılmaz bir hissəsidir.

REAL

 

Nə düşünürsən?