Onun sözlərinə görə, Müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanla yalnız "istefasının yol xəritəsi"ni müzakirə etməyə hazırdır: “Əks təqdirdə, müxalifət onu tək qoymayacaq. Heç bir şey bizə mane ola bilməz. Dedik ki, işləməsinə icazə verməyəcəyik, onu tək qoymayacağıq. Baxın, bunlar bu adamın (polis kordonuna işarə edərək – red.) gündəlik həyatıdır”.
O, Paşinyanın müxalifətdən qorxduğunu, əks halda, bu qədər təhlükəsizlik işçisinin bir hökumət binasından digərinə keçməsi üçün yolu bağlamayacağını qeyd edib.
Saqatelyanın sözlərinə görə, Paşinyanın cinayətləri 4 hissəyə bölünə bilər: müharibədən əvvəl, müharibə zamanı, müharibədən sonra və indi. Saqatelyan müxalifətin "bu şərdən" xilas olmaq üçün hər şeyi edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 3 saylı hökumət binasının yaxınlığındakı ərazidə keçirilən aksiyadan polis bölmələrinə aparılmış vətəndaşların sayı 50-ni keçib.