Maskalardan düzgün istifadə edilir?

  • 20.02.2021
  • 0

Uzun müddət dəyişdirilməyən maskalar xəstəlik mənbəyidir
Koronavirusla mübarizə tədbirləri çərçivəsində həm sosial məsafənin qorunması, həm də qoruyucu vasitələrin ən vacibi sayılan maskalardan, həm də dezinfeksiyaedici məhlullardan istifadə mühüm tədbirlər məzmununun bir hissəsidir.

Bunu REAL TV-yə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, koronavirus infeksiyasının yuxarı tənəffüs yollarını zədələdiyi və həmin tənəffüs yollarından keçərək inkişaf etmək ehtimalını nəzərə alaraq maska istifadəsi çox mühümdür.

Millət vəkili qeyd edib ki, maskadan uzunmüddətli istifadə zamanı yuxarı tənəffüs yollarının allerjik agentlərlə kontaktda olmasının artması, o cümlədən qoruyucu bariyer effektinin aşağı düşməsi eyni zamanda insanın öz ağız boşluğunda və tənəffüs yollarında hava sirkulyasiyasının kifayət qədər olmaması nəticəsində yoluxma ehtimalı yüksəlmiş olur.

Müşfiq Məmmədlinin sözlərinə görə, xüsusən də yağışlı havalarda maskanın qoruyucu effektivliyinin aşağı düşməsi halları müşahidə olunur. Çünki maska nəmləndikcə bariyer funksiyası zəifləyir. Eyni zamanda asqırıb-öskürdükdən sonra maskanın dəyişdirilməsi vacibdir.

 

Nə düşünürsən?