Azərbaycanda 101 yaşlı qadın peyvənd olundu

  • 20.02.2021
  • 0

Azərbaycanda daha bir uzunömürlü qadın koronavirusa qarşı peyvənd edilib.

Baku TV xəbər verir ki, İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızı COVID-19 əleyhinə peyvənd olunub.

O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl İsmayıllı rayonunun Təzəkənd kənd sakini, 1921-ci il təvəllüdlü Dostu Səfərova da peyvənd olunub.

Qeyd edək ki, İsmayıllıda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.

Nə düşünürsən?