Rusiyanın son model qırıcıları Azərbaycan yaxınlığında

  • 22.01.2021
  • 0

Kütləvi istehsalı dayandırılan ilk Su-57 ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ F-35-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib. Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya Su-57-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib. Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd Su-57 döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib. Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb. Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd Su-57-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.

Nə düşünürsən?