Yolboyu bütün avtomobillərə təhlükə yaşadan sürücü

  • 14.01.2021
  • 0

13 yanvar, 11:24 radələrində İzmir küçəsi ilə hərəkət edən sürücü demək olar ki, bütün avtomobillərə təhlükə yaşadır. Patrul.az qaynar xəttinə göndərilən videogörüntüdə 99 DG 899 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tbilisi prospekti ilə kəsişməyə qədər dönmə işığından istifadə etmədən avtomobilləri gah sağdan, gah soldan ötməklə onlara təhlükə yaşadır. Hətta bir neçə sürücü təhlükədən yayınmaq üçün kəskin tormozlama edir. Heç şübhə etmirik ki, təhlükəsiz şəhər kameraları ilə bizdə olan görüntüdən daha əvvələ və o sürücünün Tbilisi prospekti boyunca hərəkətinə baxılsa daha betər təhlükəli hərəkətlərin görüntüsü ortaya çıxar. Ümid edirik ki, bu sürücü "ara işləyən" zaman digər hərəkət iştirakçılarının əmlakına, canına xəsarət yetirməmiş səlahiyyətli orqanlar qanunamüvafiq tədbir görəcək. Məsələni patrul.az olaraq diqqətdə saxlayacağıq.

Nə düşünürsən?