Suşi yeyən qadın aylarla hallüsinasiyadan əziyyət çəkdi

  • 05.12.2020
  • 0

34 yaşlı qadın təzə olmayan balığı yedikdən sonra aylarla yuxusuzluq, hallüsinasiya və mədə spazmalarından əziyyət çəkib. BiG.AZ "Daily Mirror"a istinadən xəbər verir ki, bu barədə amerikalı həkim Çabbi Emu özünün "YouTube"kanalında danışıb. Onun sözlərinə əsasən, qadın bütün günü ac olduğundan 5 gün öncə hazıranan suşini yemək qərarına gəlib. Balıq turşumuş dad versə də, qadın fikrindən dönmək əvəzinə, sadəcə soya sosunun miqdarını artırıb. Bundan sonra qadın yuxusuzluq və mədə ağrılarından əzab çəkməyə başlayıb. O, ərinə qəribə hisslərdən şikayətlənib. Qadın qarnında balığın çırpındığını hiss etdiyini deyib. Daha sonra onda hallüsinasiyalar baş verib. Ona elə gəlib ki, sanki divarlarda və dərisinin altında həşəratlar gəzir. O, dəfələrlə həkimə müraciət edib və iki dəfə xəstəxanaya yerləşdirilib, lakin müalicənin faydası olmayıb, analizlər isə onda heç bir xəstəliyin olmadığını göstərib. Nəhayət nəcis analizi nəticəsində qadında bağırsaq paraziti olduğu üzə çıxıb. Onun bağırsağında uzunluğu 9 metrə çata bilən lentşəkilli qurd aşkarlanıb. Pasiyentə antihelmint dərman təyin olunub və cəmi bir doza ilə qadın tamamilə sağalıb.

Nə düşünürsən?