Qulinin “agentləri” Ukraynadakı Azərbaycan diasporasının biznes “krışasını” ələ keçirməyə can atır

  • 19.01.2018
  • 0

Ekspertin sözlərinə görə, hazırda ölkədə kriminal hökmranlığın yenidən bölüşdürülməsi üçün optimal vəziyyət yaranıb. Quli ləqəbi ilə məşhur olan Azərbaycanın qanuni oğrusu Nadir Səlifovun klanı Azərbaycanlı mühacirlərin Ukraynada apardıqları biznesi idarə etmək üçün aktiv işlər görür. Vesti.az Ukraynadakı Azərbaycan diasporunun məlumat mənbələrinə istinad edərək bildirir ki, Qulinin "agentəri" azərbaycanlıların restoranları və ticarət nöqtələrinin sahiblərinə yaxınlaşaraq əl çəkmədən onların biznesini ələ keçirmək üçün təkliflər edirlər. Ukranya Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin keçmiş rəhbəri Stanislav Reçinskiy Facebook səhifəsində yazmışdır ki, bu yaxınlarda həbsdən çıxmış Quli Ukraynada kriminal mühitə nəzarəti ələ keçirməyə iddialıdır. Onun bildirdiyinə görə, hal-hazırda Türkiyədə olan Nadir Səlifov Ukraynada qanunsuz fəaliyyətlərin təşkili üçün öz gizli agentləri vasitəsilə aktiv şəkildə kanallar axtarır. Reçinski onu da qeyd edir ki, Ukraynada Səlifovun güclü dəstəyi var və onlar ona Ukraynada kriminal vəziyyəti yenidən bölməkdə Quliyə kömək edə bilər.Həmin bu dəstəklər arasında jurnalist oliqarx-tərtibatçı Vaqif Əliyev və Ukraynada Azərbaycan diasporunun liderlərindən biri Oleq Bakinskinin (əvvələr onun adı "qanuni oğrularla" bağlı Azərbaycan və Ukrayna kütləvi informasiya vasitələrində hallandırılırdı) adı çəkilir. Reçinski onu da qeyd edir ki, Ukraynada kriminal təsir sahəsinin ələ keçirilməsinə səbəb ölkəfə yaranan vəziyyət səbəb olub. Onun bildirdiyinə görə hazırda ölkədə demək olar ki, nüfuzlu "qanuni oğrular" yoxdur. Sergey Lisenko əsas Moskvada fəaliyyət göstərir. Andrey Nedzelski Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (Quqa) isə deportasiya olunub. Qalanları isə ya çox qocalıb, ya da bütün Ukrayna səviyyəsində kriminal sahəyə nəzarət etmək üçün kifayt qədər nüfuza malik deyillər. Xatırladaq ki, Nadir Səlifovun maraq sahəsinə həm də Rusiya daxildir. O, hələlik bizim ölkəyə gələ bilmir. Dekabrın ortalarında Moskvanın Presnenski məhkəməsi qiyabi şəkildə həbs edib, o, adam oğurluğu və zorakılıqda günahlandırılır. Lakin buna baxmayaraq o uzaqdan Rusiya regionlarında agentləri vasitəsilə nəzarəti ələ keçirməyə can atır.

Nə düşünürsən?