Rusiya çempionatında güləşçilər arasında yumruq davası

  • 04.12.2020
  • 0

24 yaşadək sərbəst güləşçilər arasında Rusiya çempionatında dava düşüb. "Report"un məlumatına görə, şimali osetiyalı pəhləvan Alan Baqayevlə inquşetiyalı Babuli Tsoloyev görüş vaxtı dalaşıblar. İnsident iki güləşçi arasında qarşılaşma başladıqdan cəmi 8 saniyə sonra yaranıb. Hakimlər və məşqçilər onları aralamağa müvəffəq olublar. Lakin hər iki pəhləvan çempionatdan qovulub. Onlar yarışdan sonra barışıblar. Qeyd edək ki, Alan Baqayev 2019-cu ildə 92 kq çəki dərəcəsində dünya çempionu olub. Smolensk şəhərində keçirilən Rusiya çempionatına dekabrın 5-də yekun vurulacaq.

Nə düşünürsən?