Ölkədə sərt karantin rejimi tətbiq edilə bilər - açıqlama

  • 30.11.2020
  • 0

Ölkə ərazisində həftəsonları sərt karantin rejiminin tətbiq edilməsi, açıq məkanlarda maskadan istifadə kimi bir sıra qaydaların tətbiqi COVID-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edənlərin sayındakı kəskin artımın qarşısını ala bilməyib. BAKU.WS "ARB24"-ə istinadən xəbər verir ki, mütəxəssislər mövcud vəziyyətin milli səhiyyə sisteminin imkanlarından yuxarı həddə çatması qənaətinə gəlib. Belə davam edəcəyi təqdirdə sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq.

Nə düşünürsən?