Ağsunun icra başçısı vəfat etdi

  • 27.11.2020
  • 0

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev dünyasını dəyişib. Azvision.az “Report”a istinadən xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə koronavirus infeksiyasına yoluxmuşdu və buna görə müalicə alırdı. Qeyd edək ki, Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nə düşünürsən?