"Tom və Cerri"nin filmi təqdim olunacaq

  • 19.11.2020
  • 0

Cizgi film tarixinin ən sevilən obrazlarından olan Tom və Cerri bir-birilərinə olan 80 illik davalarını 2021-ci ildə yayımlanması planlaşdırılan yeni filmlə davam etdirəcək. BiG.AZ xəbər verir ki, sözügedən film Cerrinin planlarını alt-üst etmək üçün Tomla müqavilə bağlayan gənc qadının hekayəsindən bəhs edir. Kayla yeni çalışmağa başladığı oteldə toy təşkil etməyə hazırlaşır. Cerri isə Kaylanın planlarını dəyişmək niyyətindədir. Təşkilatçı təhlükəsizliyi təmin etmək üçün Tomdan kömək istəyir. Ancaq bu, elə də asan olmayacaq. Cizgi serialında hər zaman Cerri qazansa da, bu dəfə filmin sonu müəmmadır. /"MediaPost"

Nə düşünürsən?