ATƏT - in Minsk qrupunun bəyanatı.

  • 31.10.2020
  • 0

ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin altı saatlıq görüşündən sonra qəbul edilən bəyanatı: • Həmsədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar •Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar •Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki meyitlərin toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər. •Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər. •Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər. •Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.

Nə düşünürsən?