Gürcüstanda seçkilərdə saxtalaşdırma

  • 31.10.2020
  • 0

Gürcüstanda oktyabrın 31-də keçilən parlament seçkilərində saxtalaşdırma cəhdləri baş verib. Cebhe.info-nun məlumatına görə, hakim “Gürcü Arzusu” partiyasının səsvermə prosesinə müdaxilə cəhdləri azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də müşahidə olunub. Marneulidə seçki məntəqəsinin önündə dava düşüb. Məlumata görə, fiziki qarşıdurma Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadzenin seçicilərə kimlərə səs verəcəkləri ilə bağlı göstəriş verməsindən sonra baş verib. Qardabani rayonunun Qaracalar kəndində isə seçki komissiyasının üzvü məntəqəyə gələn vətəndaşa hansı namizədə səs verməli olduğunu göstərib. Bu, sosial şəbəkələrdə yayılmış kadrlarda da aydın görünür.

Nə düşünürsən?