Özbəkistanda Gəncə və Bərdə qurbanlarının xatirəsi belə anılıb

  • 30.10.2020
  • 0

Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Soqdiana” xalq çalğı alətləri orkestri Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə, uşaqlara qarşı hərbi cinayəti, törədilmiş qətliamlarda həyatını itirənlərin xatirəsini Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun əsəri ilə yad edib. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov məlumat yayıb. O bildirib ki, bununla əlaqədar hazırlanmış xüsusi videomaterial Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edilib.

Nə düşünürsən?