Ərdoğan: "Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa..."

  • 28.10.2020
  • 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb. Xezerxeber.az-ın xəbərinə görə, Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar. Ərdoğan Qarabağ münaqişəsinin həll edilməsini vacibliyini diqqətə çatdırıb: "Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb. "Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”. "Putin mənə dedi ki, bunlardan xəbərim yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana deməlidir”, - deyə Ərdoğan qeyd edib.

Nə düşünürsən?