"69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb"

  • 28.10.2020
  • 0

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 69 mülki şəxs qətlə yetirilib, 322 nəfər isə yaralanıb: "Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 415, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 338-dir".

Nə düşünürsən?