Erməni komandir qaçan əsgərlərini çəkib göstərdi

  • 26.10.2020
  • 0

Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb. “Report”un məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur. - Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq. - Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam. - Nə edəcəyimizi bilmirik. - Qaçanda bilməyəcəksiniz də! - Silah atəş açmır! - Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik! - Mən konkret irəli getməyəcəyəm! - Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər. - Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin. - Bəs ayağınızdakı nədir?! - Mənim varımdı. O birinin yoxdur?! - Kimin yoxdur?! - "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər. - Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır! - Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər! - Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır. - Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin! - Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!