Andranikin qulağını kəsən Sultan bəyin nəticəsi döyüşdə

  • 24.10.2020
  • 0

Azərbaycanın məğrur və rəşadətli əsgərlərinin cəbhədə göstərdiyi qəhrəmanlıqlar və torpaqlarımızı azad etməsi xalqımızın qürur yeridir. Bu gün xüsusi qəhrəmanlıqları isə seçilən əsgərlərimizi Azərbaycan Müdafiə Nazirliyi də xalqımıza tanıdır və onların qəhrəmanlıq nümunəsini nümayiş etdirir. Kult.az xəbər verir ki, hazırda Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz qəhrəmandır. Onların arasında məşhurların övladları, böyük nəslin davamçıları da az deyil. Belə gənc qəhrəmanlarımızdan birinin – Yusifkamal Paşabəylinin bu gün 22 yaşı tamam olur. Yusifkamal Türkiyədə magistr təhsili alıb. Onun Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak edən əsgərlərin qarşısında dediyi Qarabağla bağlı şeir isə indi, onun ad günündə daha çox paylaşılır. Yusifkamal sübut etdi ki, Türkiyədə Qarabağla bağlı dediyi şeir potetika, pafos deyil, canından-qanından gələn ruhdur. Bu gün əlinə silah alaraq Qarabağ döyüşlərinə qatılması da bu ruhun göstəricisidir. Yusifkamal Paşabəyli həm də erməni azğınlığına və terroruna qarşı döyüşən məşhur Sultan bəy və Xosrov bəyin (Sultanovlar) qardaşları İsgəndər bəyin nəticəsidir. Laçın elindən olan xalq qəhrəmanı Sultan bəy və Xosrov bəy 1918-1920-ci illərdə erməni quldurlarına qarşı mübarizədə xüsusilə fərqləniblər. Sultan bəy və silahdaşları Andronikin quldur dəstəsinə divan tutub. Qarabağda Andronikin, Hamazaspin, Dronun quldur daşnak dəstələrinə öldürücü zərbələr endirib.

Nə düşünürsən?