Ermənilərin atasız qoyduğu uşaqlar

  • 24.10.2020
  • 59 baxış
  • 0

"CNN Türk" Gəncədə işğalçı Ermənistanın törətdiyi terror nəticəsində dünyasını dəyişən mülki şəxs Bəxtiyar Əsgərovun ailəsi ilə görüşüb. Axşam.az xəbər verir ki, türkiyəli jurnalistlər yas yerindən görüntülər yayımlayıblar. Bildirilib ki, mərhumun Sarı və Elcan adlı iki kiçik oğlu qalıb. B.Əsgərovun 28 yaşlı həyat yoldaşı Türkanə Əsgərova danışmaqda çətinlik çəkib. Uşaqlarının nənəsi Ziba xanım bildirib ki, kürəkəni hadisədən bir neçə gün əvvəl ailəsini onların evinə gətirib: "Onların evlərini geri qaytara bilərəm, amma atalarını qaytara bilmərəm. Gəncə atəşə tutulduğu üçün kürəkənim qızımı və uşaqları bizə gətirdi qoydu. Özü isə qalmadı, dedi, evimdə ölüm, uşaqlarıma heç nə olmasın". Qeyd edək ki, ermənilərin Gəncədə törətdiyi terror nəticəsində 14 nəfər həlak olub, 55 nəfər yaralanıb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?