Bakıda siqaret yanğına səbəb oldu

  • 24.10.2020
  • 207 baxış
  • 0

Bakı şəhərində yanğın hadisəsi baş verib. Big.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Belə ki, səhər saatlarında Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ərazidə olan elektrik naqilləri partlayıb. Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, yanğına səbəb siqaret olub.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?