Ermənistan Azərbaycana raket atması pislənib

  • 23.10.2020
  • 155 baxış
  • 0

Böyük tamaşaçı auditoriyasına malik olan Moldovanın PrimeTV əsas telekanalında Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket hücumları barədə bəhs edən süjet efirə verilib. Süjetdə deyilir ki, Ermənistan tərəfi Azərbaycan ərazisinə 3 ballistik raket atıb. Həmçinin, telekanal Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Facebook səhifəsindəki yazısına istinad edərək, Ermənistanın bütün dünya qarşısında mülki əhaliyə qarşı cinayət törətdiyini və bununla da Cenevrə Konvensiyasını pozduğunu qeyd edir. “Azərbaycan Ermənistanın mülki əhalisinə toxunmayacaq, onların səviyyəsinə düşməyəcək və münaqişəyə üçüncü tərəfi cəlb etmək üçün onların hiyləgər planlarını həyata keçirməsinə imkan verməyəcəkdir”,-deyə Səfirin sözləri sitat gətirilir. Bundan əlavə, süjetdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrıca keçirdikləri ikitərəfli görüşlər barədə danışılır. Süjetlə aşağıdakı linkdə tanış olmaq mümkündür: https://ru.primelestiri.md/ru/armeniya-vypustila-3-ballisticheskie-rakety-po-territorii-azerbajdzhana---103197.html

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?