Daha 803 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

  • 23.10.2020
  • 0

Azərbaycanda bu gün koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 8 nəfər COVID-19-dan vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 734 nəfərdir. Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9 951-dir".

Nə düşünürsən?