Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb

  • 22.10.2020
  • 326 baxış
  • 0

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da “Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?