İslandiyanın baş naziri canlı yayımda ikən zəlzələ baş verdi

  • 22.10.2020
  • 0

İslandiyanın Baş naziri Katrin Yakobsdottir evində onlayn şəkildə "Washington Post"un canlı efirində çıxış edərkən zəlzələ baş verib. BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir efirdə pandemiyanın turizmə vurduğu ziyandan danışarkən anidən ev silkələnməyə başlayıb. Nazir Yakobsdottir həmin an qorxusunu bu formada dilə gətirib: "Aman Allahım, zəlzələ". Bundan sonra baş nazir yaxşı olduğunu və evə də heç bir şey olmadığını dilə gətirərək, yenidən danışmağa davam edib. Qeyd edək ki, zəlzələnin episentri Reykyavik olub. Zəlzələnin gücü 5, 6 bal gücündə ölçülüb. /Yeniavaz.com

Nə düşünürsən?