Ermənilər Zəngilanda məsciddə donuz saxlayıblar

  • 22.10.2020
  • 3.3K baxış
  • 0

Ermənilər Zəngilanda yerləşən məsciddə donuz saxlayıblar. Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayımlanıb. Belə ki, erməni vandalları 30 ildir təkcə Azərbaycan xalqına deyil, eyni zamanda tarixi-dini abidələrimiz, məbədlərimizə qarşı da təcavüzkar siyasətlərini davam etdiriblər. Əvvəlki illərdən də məlum olduğu kimi bu onların ilk təcavüzkar əməli deyil, onlar Ağdam Cümə məscidi və digər məscidlərin içərisində donuzla yanaşı, müxtəlif ev heyvanları saxlayıblar. Qeyd edək ki, rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?