Düşmənin divizion komandiri və tabor komandiri məhv edildi

  • 21.10.2020
  • 0

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində ermənilərin 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib. Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

Nə düşünürsən?