Rusiyadan Ermənistana silah və muzdlu bu cür daşınır

  • 20.10.2020
  • 0

Bu gün Ermənistanın Rusiyadakı səfirliyi rəsmi açıqlama yayaraq, “Nord Star” aviaşirkətinin Domodedovo hava limanından Ermənistana iki xüsusi çarter reysi həyata keçirəcəyini açıqlayıb. NOCOMMENT.az xəbər verir ki, Ermənistan səfirliyinin Feysbuk səhifəsində yerləşdirilən məlumatda reyslərin 21 və 25 oktyabrda gerçəkləşdiriləcəyi bildirilib. Səfirlik guya bu elanla Ermənistana getmək istəyənlərə üz tutub və onların müraciət etməsi üçün telefon və Votsap nömrələri təqdim edib. Ermənistanda son günlər koronavirusun tüğyan etdiyi, günlük yoluxma və ölüm sayının pandemiyanın elan edildiyi vaxtdan bəri rekord səviyyəyə çatdığı vaxtda Moskvadan Ermənistana getmək istəyənlər üçün xüsusi çarter reysinin təşkil edilməsi diqqətdən yayına bilməz. Üstəlik, Ermənistana deyil, Ermənistandan Rusiyaya işləməyə getmək üçün ermənilər vaxtaşırı olaraq Ermənistan hökumət binasının qarşısında aksiyalar keçirirdilər. Bura Ermənistanın faktiki olaraq müharibə apardığını və ölkədə iqtisadi, siyasi və hərbi baxımdan çox acınacaqlı bir vəziyyət yaşandığını nəzərə alsaq, çarter reyslərinin heç bir halda “mülki vətəndaşı daşımaq üçün” həyata keçirilmədiyi şübhəsizdir. Çarter reysini “Aeroflot”un deyil, “Nord Star”ın gerçəkləşdirməsi də ciddi şübhələrə əsas yaradır.